Image alternative text, required
Təhsil müəssisələrinə təlim və metodoloji dəstək xidmətləri
Təhsil müəssisələrinə təlim və metodoloji dəstək xidmətləri
Təhsil müəssisələrinə təlim və metodoloji dəstək xidmətləri

Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə əsasən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, fəaliyyət istiqamətlərinə aid olan məsələlər və keyfiyyət təminatı mövzusunda fərdlərin səriştələrinin artırılması üzrə xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə konfranslar, müşavirələr, seminarlar, təlimlər keçirmək və digər tədbirlər təşkil etmək, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək hüququna malikdir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsi tərəfindən bu zamana qədər 20-dən çox ali təhsil müəssisəsinə və 4-dən çox orta ixtisas təhsili müəssisəsinə daxili və xarici keyfiyyət təminatı ilə əlaqəli müxtəlif başlıqlı təlimlər təşkil olunmuş və iştirakçılar sertifikatla təltif olunmuşlar. Eyni zamanda, 1 ali təhsil müəssisəsinə metodiki dəstək göstərilmiş, eləcə də hal-hazırda 1 ali təhsil müəssisəsinə qrant layihəsi çərivəsində xarici keyfiyyət təminatı nöqteyi nəzərdən dəstək göstərilir.

Müvafiq qanunvericiliyə uyğun olaraq hər bir təhsil səviyyəsi və pilləsi üzrə tədris aparan tabeliyindən, təşkilati hüquqi formasından və mülkiyyətindən asılı olmadan bütün təhsil müəssisələrini müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edirik. Əməkdaşlıq etmək arzusunda olan və (və ya) daha ətraflı məlumat almaq üçün info@tkta.edu.az elektron poçt adresi vasitəsilə əlaqə saxlaya bilərsiniz.