Image alternative text, required
Rəhbərlik
Name Surname profile image
Kamran Ağa Əli oğlu Rəsulov

İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı

14 iyul 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-2010-cu illərdə Türkiyənin paytaxtı Ankara şəhərində Hacəttəpə Universitetinin İqtisadi və idari elmlər fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavriat səviyyəsində, 2010-2012-ci illərdə həmin universitetin “Maliyyə” ixtisası üzrə magistratura səviyyəsində ali təhsil almışdır. 2015-ci ildə “Sənayedə innovasiya fəaliyyətinin səmərəliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2022-ci ildə isə dosent elmi adını almışdır. 2012-ci ildən Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutub. 2012-ci ildən Azərbaycan Texniki Universitetində rektorun köməkçisi, rektorun iqtisadi işlər üzrə məsləhətçisi, İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri  üzrə dekan müavini vəzifələrində çalışıb. 2016-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2021-2022-ci illərdə Azərbaycan Texniki Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini tutub. 2022-ci ildən etibarən  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.