Mütəmadi verilən suallar (FAQ)

Kvalifikasiyaların tanınması

Müraciət qaydaları

Siz xarici ali təhsil ixtisasınızın Azərbaycan Respublikası ərazisində tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlisiniz. Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçirilir. Qeyd edilən elektron səhifədə tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası ətraflı qeyd olunmuşdur.
Daha çox...
Yalnız aşağıda adları qeyd edilən ali təhsil müəssisələri tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır: 1) Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində); 2) Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində). 2006-cı ildən Akademiya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsisçiliyi ilə “Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası” adı ilə müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir; 3) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən); 4) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).
Daha çox...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş təhsil sənədlərinin təsdiqinə ehtiyac yoxdur
Daha çox...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalar”nın 8.2-ci bəndinə əsasən, tanınmadan imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, ərizəçi Apellyasiya Komissiyasına müraciət edə bilər. Müraciətə Apellyasiya Komissiyasında baxılır və müvafiq qərar qəbul edilir. Diqqətinizə çatdırırıq ki, Sizin 30 (otuz) gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) müraciət etmək hüququnuz vardır.
Daha çox...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tam orta, orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə kvalifikasiyaların tanınması həyata keçirilir.
Daha çox...
Müraciət zamanı yaranmış və ya qarşılaşdığınız hər hansı texniki nasazlıqla bağlı, adınızı, soyadınızı və ata adınızı qeyd etmək şərtilə,  info@tkta.edu.az ünvanına və 146-8 çağrı mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Daha çox...
Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir.
Daha çox...
Bildiririk ki, elektron ərizə yaradıldığı zaman müraciətçilər ilk olaraq xidmət qaydaları ilə və ödəniləcək 250 AZN xidmət haqqının geri qaytarılmayacağı barədə şərtlərə etiraz etmədiklərini bildirməlidir. Yalnız şərtləri təsdiq etdikdən sonra əməliyyata davam etmək mümkündür. Bu səbəbdən, müraciətçilərə elektron ərizə yaradılan zaman xidmət şərtlərini diqqətlə nəzərdən keçirmələri tövsiyyə olunur.
Daha çox...
Elektron ərizə yaradıldıqda hər müraciətçi üçün unikal ödəniş kodu generasiya olunur. Ödəniş kodundan istifadə etməklə siz xidmət haqqını hökumət ödəniş portalı (www.gpp.az) vasitəsi ilə, o cümlədən, həmin kodu yaxınlıqdakı poçt və ya banka təqdim etməklə ödəyə bilərsiniz.
Daha çox...
Xarici ali təhsil ixtisaslarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün ödəniş həyata keçirilmədiyi müddətcə elektron ərizələr təsdiq edilməmiş hesab ediləcək və ərizənin statusu "Tamamlanmamış ərizə" olaraq göstəriləcəkdir. Məlumatları və sənədləri tamamlamağınıza baxmayaraq, ödəniş etmək imkanına sahib deyilsinizsə edilən dəyişiklikləri yadda saxlamağınız mümkündür. Ödəniş etməyiniz  mümkün olduqda elektron ərizəyə daxil olub xidmət haqqını ödəyərək, amüraciətinizi tamamlamağınız mümkündür.
Daha çox...
Xidmət üçün ödənişin həyata keçirilməsi elektron ərizə sistemindən birbaşa bank kartı vasitəsilə mümkündür. Əlavə olaraq, ödənişin hökumət ödəniş portalı (www.gpp.az) vasitəsilə reallaşdırılması da mümkündür. Bunun üçün siz ərizənizdə qeyd edilən ödəniş kodu ilə HÖP-də müvafiq əməliyyatı həyata keçirməli və ya əməliyyatı həyata keçirməsi üçün ödəniş kodunu yaxınlıqdakı poçt və ya banka təqdim etməlisiniz.
Daha çox...
Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununa 19 may 2020-ci il tarixində edilmiş dəyişikliyə əsasən, Qanunun 2.0.18-ci (xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması) və 32-ci (Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün tutulan dövlət rüsumunun dərəcəsi – 15 manat) bəndləri ləğv olunmuşdur.  Beləliklə, sözügedən Qərarın ləğv olunduğu müddətə qədər ödəniş etmiş müraciətçilərin 250 AZN xidmət haqqı ödəmələrinə ehtiyac yoxdur. Bu səbəbdən, müraciətçilərin etdikləri ödənişə dair qəbzləri elektron ərizələrinə əlavə etmələri tövsiyə olunur.
Daha çox...
Sənədlərin yüklənmə qaydası ilə bağlı ətraflı məlumat üçün "Kvalifikasiyaların tanınmas - Tələb olunan sənədlər" bölməsinə daxil olmağınız xahiş olunur.
Daha çox...
Tanınma üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş diplomlar və transkriptlər “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır. Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü diplom və transkriptii imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində diplom və transkripti imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin (ali təhsil müəssisəsinin) adı qeyd olunmalıdır.
Daha çox...
Tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq üçün Kvalifikasiyaların tanınmas - Tələb olunan sənədlər" bölməsinə daxil olmağınız xahiş olunur.
Daha çox...
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində , o cümlədən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə xarici ölkələrin müvafiq dövlət qurumları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına/apostil şəhadətnaməsi əlavə edilməsinə zərurət yoxdur.
Daha çox...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən, tanınma üçün təqdim olunan ali təhsil haqqında sənədlər (diplom və transkript), verildiyi ölkədə bir qayda olaraq leqallaşdırılmalıdır. Ətraflı məlumat üçün “Kvalifikasiyaların tanınması - Leqallaşdırma” bölməsinə daxil olmağınız xahiş olunur.
Daha çox...
Bu status sizin tanınma ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir. Bu, aşağıdakı səbəblərdən baş verə bilər: 1. Tanınma prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində Sizin Təhsildə Keyfiyyət Təminatı Agentliyində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurətiniz yaranmış, lakin təyin olunan vaxt ərzində həmin müsahibədə iştirak etməmisiniz. Nəzərinizə çatdırırıq ki, müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə musahiba@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 2. Tanınma ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır. Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətimiz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılmışdır. Tələb olunan əlavə sənəd(lər) şəxsi kabinetinizə əlavə etmək üçün info@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 3. Sənədlərinizin araşdırılması zamanı zərurət yarandığı üçün təhsil aldığınız ali təhsil müəssisəsinə sorğu göndərilmiş və Sizə bu barədə qeydiyyatdan keçərkən təqdim etdiyiniz əlaqə vasitələri ilə məlumat verilmişdir. Sözügedən sorğu cavablandırılanadək müraciətinizin statusu “Icraatı dayandırılmışdır” kimi göstəriləcəkdir.
Daha çox...
Diqqətinizə çatdırırıq ki, Qaydaların 3.4-cü bəndinə uyğun olaraq, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin (o cümlədən təhsil müddəti) uyğunluğu nəzərə alınır. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli və 12.05.2010-cu il tarixli, 88 nömrəli qərarları ilə təsdiq olunmuş, müvafiq olaraq “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6-cı bəndlərinə əsasən bakalavriat/magistratura səviyyəsində müvafiq təhsilalma forması üzrə təhsilin normativ müddətinə və həmçinin təhsil aldığınız xarici ali təhsil müəssisəsinin bakalavriat/magistratura səviyyəsində həmin təhsilalma forması üzrə tələb olunan tədris normativinə riayət etməyiniz zəruridir.
Daha çox...
Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq olunmuş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində müvafiq təhsilalma forması üzrə təhsilin normativ müddətinə və həmçinin təhsil alacağınız xarici ali təhsil müəssisəsinin bakalavriat səviyyəsində həmin təhsilalma forması üzrə tələb olunan tədris normativinə riayət etməyiniz zəruridir. Ali təhsil müəssisəsinə qəbul olunma növü ekspertiza zamanı nəzərə alınır, lakin tanınma üçün yeganə amil deyildir.
Daha çox...
Bu status sizin ali təhsil ixtisasınızın tanındığını və tanınmanın yekun təsdiqedici sənədi olan müvafiq şəhadətnamələri əldə etmək üçün həftə içi hər gün saat 17:00-18:00 arası Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşmalı olduğunuzu göstərir (Diqqət!!! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2021-ci il iyun ayının 1-dək dayandırılmışdır. Bu dövr ərzində müraciətlər qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanları vasitəsilə cavablandırılacaqdır).
Daha çox...
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosedurunu tənzimləyən normativ-hüquqi sənədlərdə müraciətçilərə sosial statusuna görə güzəştlər və ya imtiyazların tətbiq olunması nəzərdə tutulmamışdır.
Daha çox...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan, bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs, magistratura səviyyəsində digər (fərqli) ixtisasların ixtisaslaşmaları üzrə təhsil aldığı halda, həmin sənəd üzrə alınmış ixtisasın ölkə ərazisində ekvivalentliyinin müəyyən olunması mümkün deyildir.
Daha çox...
Müraciət haqqında yekun qərar təqdim olunan sənədlər icraata götürüldüyü tarixdən başlayaraq ortalama olaraq 30 (otuz) iş günü müddətində qəbul edilir. Bununla belə, tanınma üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara və təhsil müəssisələrinə sorğuların göndərilməsindən və digər məsələlərdən asılı olaraq, sənədlərin icra müddəti dəyişə bilər.
Daha çox...
Təqdim etdiyiniz sənədlərin icrasının hansı mərhələdə olması barədə şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat və elektron ərizənizdə qeyd etdiyiniz əlaqə nömrəsinə göndərilən SMS vasitəsi ilə məlumat əldə edə bilərsiniz.
Daha çox...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na  əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilmiş fənlərin həcmi nəzərə alınır. Bu səbəbdən, xaricdə aldığınız ali təhsil ixtisasınızın ekvivalentinin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, Qaydalara uyğun olaraq, sizin aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün olmayacaqdır.
Daha çox...
Ekspertiza zamanı müsahibə mərhələsində iştirak etmək zəruridirmi?
Daha çox...
Şəxsi kabinetin şifrəsi unudulduğu təqdirdə, “ŞİFRƏNİ UNUTMUŞAM” bölməsini sıxaraq şifrəni bərpa etmək mümkündür. Yenilənmiş şifrə barədə məlumatlar qeydiyyat zamanı müraciətçinin qeyd etdiyi elektron poçt ünvanına ötürülür. Əgər şifrənin bərpası zamanı qeydiyyatdan keçərkən istifadə olunan elektron poçt ünvanı aktiv deyilsə, bununla bağlı info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.
Daha çox...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiqlənmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların”ın əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilməlidir. Bunun üçün ərizəçidən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
Daha çox...
Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməyiniz tövsiyə olunur. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.
Daha çox...
“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat Mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunacaq rəsmi məlumat əsasında pandemiya səbəbi ilə distant (məsafədən) qaydada alınan təhsil sonunda əldə olunmuş ixtisasların tanınması zamanı güzəştlərin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, təhsilin pandemiya dövrünə təsadüf edən hissəsində distant əsaslarla təhsil almağa məcbur olan vətəndaşların xarici ali təhsil ixtisaslarının tanınması zamanı bu məqam nəzərə alınır.
Daha çox...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi hal-hazırda xaricdə təhsil ilə əlaqədar məsləhət xidmətləri həyata keçirmir. Diqqətinizə çatdırırıq ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, eləcə də xarici ali təhsil müəssisələri tərəfindən təqdim olunmuş sənədlərin tanınması prosedurları ilə əlaqədar heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Elm və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir.
Daha çox...
Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Qeyd edək ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Elm və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) və ya info@tkta.edu.az ünvanına məlumat verməyiniz xahiş edilir.
Daha çox...
Elm vəTəhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir. Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur. 
Daha çox...
Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının da tərəfdar çıxdığı 11.04.1997-ci il tarixdə Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya əsasən, xarici təhsil müəssisəsinin akkreditə olunması vacib şərtlərdəndir. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək olar.
Daha çox...
Xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəli hər il müxtəlif mənbələr tərəfindən dərc olunur. Belə mənbələrə (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) məxsus məlumatlarla tanış olmaq üçün internet axtarış sistemlərindən istifadə edə bilərsiniz.
Daha çox...

Ümumi məlumat

Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili...
Daha çox...
Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması yalnız peşə təhsili ixtisasları üzrə həyata keçirilir....
Daha çox...
Bu proses Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və...
Daha çox...
Ümumi orta təhsili səviyyəsini ən az 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 (iki) il əvvəl bitirərək...
Daha çox...
Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq...
Daha çox...
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin...
Daha çox...
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin...
Daha çox...
Belə olduğu təqdirdə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin büdcə üzrə hesab rekvizitləri
Daha çox...
Xidmət üçün ödənişin həyata keçirilməsi elektron ərizə sistemindən birbaşa bank kartı vasitəsilə mümkündür. Əlavə olaraq...
Daha çox...
Müraciət üçün heç bir ödəniş tələb olunmur. Yalnız ilkin baxış mərhələsindən uğurla keçən ərizəçilərdən...
Daha çox...

Akkreditasiya

İnstitusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunması və onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.
Daha çox...
Təhsil proqramının akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır.
Daha çox...
Təhsil müəssisəsi öz fəaliyyətinə və ya tədris etdiyi təhsil proqramlarına hüquqi təminat əldə etmək üçün akkreditasiyadan keçməlidir. Lakin akkreditasiya prosedurundan keçməyin təhsil müəssisəsinə bir sıra digər müsbət təsirləri də var. Bunların sırasına, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, müəssisədə keyfiyyət təminatı mədəniyyətinin formalaşması və təhsilin keyfiyyətinin Avropa Ali Təhsil Məkanının müddəalarında necə cavab verdiyinin müəyyən edilməsi daxildir.
Daha çox...
Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Daha çox...
- akkreditasiyanın keçirilməsinə hazırlıq; - təhsil müəssisəsinin özünütəhlili; - Akkreditasiya Komissiyasının təhlil aparması; - akkreditasiya haqqında yekun hesabatın hazırlanması; - təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi.
Daha çox...
Akkreditasiya Meyarları təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər toplusudur.
Daha çox...
Aprel ayından gec olmayaraq hər təqvim ili üzrə Agentlik tərəfindən hazırlanan və rəsmi internet səhifəsində yerləşdirilən akkreditasiya ardıcılığıdır.
Daha çox...
Özünütəhlil hesabatı - Akkreditasiya Meyarları əsasında təhsil müəssisəsinin təhsilin keyfiyyət səviyyəsinin təmin olunmasına dair ümumi fəaliyyəti və ayrı-ayrı təhsil proqramlarının icrası üzrə təhlilini əks etdirən özünüqiymətləndirmə sənədidir. Yekun hesabat - Akkreditasiya Prosesləri çərçivəsində Akkreditasiya Komissiyası tərəfindən keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticələrini əks etdirən sənəddir.
Daha çox...
- Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu - Təhsil Müəssisələrinin Akkreditasiya Qaydaları - Akkreditasiya işinin təşkilinə dair Təlimatlar - Hər bir təhsil pilləsi üzrə institusional və proqram akkreditasiya Meyarları - Akkreditasiya Komissiyası haqqında Əsasnamə - Akkreditasiya Şurası haqqında Əsasnamə - Apellyasiya Komissiyası haqqında Əsasnamə - “Ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı - Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi - “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu - “Dövlət rüsumu haqqında” Azərbaycan Repuslibkasının Qanunu - Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasinin Qanunu - Akkreditasiya qiymətləndirilməsi xidmətlərinin göstərilməsi haqqında müqavilə formaları
Daha çox...
Akkreditasiyadan keçirilməsi nəzərdə tutulan təhsil müəssisələri aşağıdakılardır: - Məktəbəqədər təhsil müəssisələri; - Ümumi təhsil müəssisələri; - Məktəbdənkənar təhsil müəssisələri; - Peşə təhsili müəssisələri; - Orta ixtisas təhsili müəssisələri; - Ali təhsil müəssisələri; - Əlavə təhsil müəssisələri; - Təhsil fəaliyyəti həyata keçirən digət müəssisələr.
Daha çox...
“Dövlət rüsumu haqqında” Azərbaycan Repuslibkasının qanununun 32-1. Maddəsinə əsasən təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakilərdir: Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği məktəbəqədər təhsil müəssisələri 2000 manat ümumi təhsil müəssisələri 5000 manat məktəbdənkənar təhsil müəssisələri 5000 manat peşə təhsili müəssisələri 10000 manat orta ixtisas təhsili müəssisələri 12000 manat ali təhsil müəssisələri 20000 manat əlavə təhsil müəssisələri 12000 manat təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr 12000 manat
Daha çox...
Təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur.
Daha çox...
Əlavə suallar olduğu təqdirdə, “ASAN xidmət” mərkəzlərinə müraciət edilə və ya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (195-2) ilə əlaqə saxlanıla bilər.
Daha çox...
- Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi prosesi ilə bağlı yaranmış mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları aşağıdakılardır:  lisenziyanın verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqana inzibati qaydada şikayət verilə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.  İnzibati qaydada verilmiş şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilə bilər.  İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verilə bilər.
Daha çox...
Mövcud qanunvericiliyə əsasən təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziyalar müddətsiz olaraq verilir
Daha çox...
- Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsinə dair istinad edilən əsas normativ- hüquqi aktlar aşağıdakılardır:  "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"nın 5.1-ci maddəsi;  "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.-cı maddəsi;  "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.5.1-ci və 23-cü maddələri;  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.66-cı yarımbəndi;  “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.18-ci bəndi;  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”;  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”in 12.1-ci və 12.2-ci hissələri;  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli 3 avqust, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”;  Hər bir təhsil pilləsinə dair müvafiq hüquqi-normativ aktlar.
Daha çox...
İqtisadiyyat Nazirliyi təqdim olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq, lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Nəzərə alınmalıdır ki, İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinə uyğun olaraq, Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi üçün Təhsil Nazirliyinə rəy (razılıq) alınması məqsədi ilə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət (razılıq verilmiş) hesab olunur. Təhsil Nazirliyi tərəfindən rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət lisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis rəyinin bildirilməsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bu müddət lisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir.
Daha çox...
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 23-cü maddələrinə uyğun olaraq, təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği aşağıdakı kimidir: dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri 1250 manat dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) 10000 manat peşə təhsili müəssisələri 2000 manat orta ixtisas təhsili müəssisələri 2000 manat ali təhsil müəssisələri 13750 manat əlavə təhsil müəssisələri 1500 manat dini orta ixtisas təhsili müəssisələri 2000 manat ali dini təhsil müəssisələri 13750 manat Lakin mövcud qanunvericiliyə əsasən lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi (regional televiziya yayımı və regional radio yayımı istisna olmaqla) ödənilir. Təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsinə görə hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır.
Daha çox...
- 1. Ərizə. 2. Ərizəyə əlavə olunan sənədlər: 2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 2.3. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti; 2.4. təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; 2.5. təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat (texniki təminat vasitələri, proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.).
Daha çox...
- Mövcud qanunvericiliyə əsasən hazırda təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İqtisadiyyat Nazirliyi tərəfindən 9 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Bərdə, Sabirabad, Gəncə, Qəbələ, Masallı, Quba, Mingəçevir), o cümlədən “Lisenziyalar və icazələr” portalı (lisenziya.gov.az) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir. “ASAN xidmət” mərkəzlərində sahibkarlara lisenziyaların verilməsi ilə yanaşı vaxt itkisi və əlavə sənədləşmə işləri ilə qarşılaşmamaları üçün lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri də göstərilməkdədir.
Daha çox...
Təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və nümayəndəliyi təhsil müəssisələrinin fəaliyyətinə lisenziya alınması üçün səlahiyyətli orqana müraciət edə bilər.
Daha çox...
Lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir.
Daha çox...