01
Məlumat
02
Müraciət qaydaları
03
Tələb olunan sənədlər
04
Leqallaşdırma
05
Akkreditasiya
06
Tanınma haqqında şəhadətnamə
07
Kadr bankı
Tanınma - xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı Qərarı əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə ərizələrin qəbulu yalnız elektron qaydada həyata keçirilir. Əlavə suallar üçün info@tkta.edu.az elektron poçt ünvanına və 146-8 çağrı mərkəzinə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində orta ixtisas, bakalavriat, əsas (baza ali) tibb və magistratura səviyyələri üzrə əldə edilmiş xarici kvalifikasiyaların tanınması həyata keçirilir.
Tanınma xidməti ödənişlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödəməlidirlər.
Qeydiyyat elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daim istifadə edilən olmalıdır. Belə ki, ərizələrlə bağlı yeniliklər bu vasitələr üzərindən mütəmadi olaraq bildirilməkdədir.
Orta ixtisas:
Orta ixtisas haqqında sənəd (diplom) və ona aid apostilin əsli (orjinal nüsxənin skan versiyası);
Orta ixtisas haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli (orjinal nüsxənin skan versiyası);
Orta ixtisas haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsinin orjinal nüsxənin skan versiyası (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla);
Orta ixtisas haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsinin orjinal nüsxənin skan versiyası (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla);
şəxsiyyət vəsiqəsinin hər iki üzünün (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi) (orjinal nüsxənin skan versiyası);
ümumvətəndaş (xarici) pasportunun ön səhifəsinin və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri) (orjinal nüsxənin skan versiyası);
hərbi biletin (orjinal nüsxənin skan versiyası) və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti.
QEYD:
1. Tam orta təhsil üzrə sənədlər xarici təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin təhsil sənədlər üzrə kvalifikasiyanın tanınması həyata keçirilir.
Bakalavriat:
ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli (orjinal nüsxənin skan versiyası);
ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli (orjinal nüsxənin skan versiyası);
ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsinin orjinal nüsxənin skan versiyası (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla);
ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsinin orjinal nüsxənin skan versiyası (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla);
şəxsiyyət vəsiqəsinin hər iki üzünün (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi) (orjinal nüsxənin skan versiyası);
ümumvətəndaş (xarici) pasportunun ön səhifəsinin və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri) (orjinal nüsxənin skan versiyası);
hərbi biletin (orjinal nüsxənin skan versiyası) və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti.
QEYD:
1. Orta ixtisas təhsili üzrə sənədlər xarici təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin təhsil sənədləri üzrə kvalifikasiyanın tanınması üçün müraciət edilməlidir.
Xüsusi halda – Köçürülmə.
Köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.
Xüsusi halda – Orta ixtisas diplomu əsasında qəbul.
Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur.
ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli (orjinal nüsxənin skan versiyası);
ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli (orjinal nüsxənin skan versiyası);
ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsinin orjinal nüsxənin skan versiyası (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla);
ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsinin orjinal nüsxənin skan versiyası (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla);
şəxsiyyət vəsiqəsinin hər iki üzünün (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi) (orjinal nüsxənin skan versiyası);
ümumvətəndaş (xarici) pasportunun ön səhifəsinin və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri) (orjinal nüsxənin skan versiyası);
hərbi biletin (orjinal nüsxənin skan versiyası) və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti.
bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənəd (diplom) (orjinal nüsxəsinin skan versiyası);
QEYD:
1. Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.
2. Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür.
3. Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır.
4. Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) Azərbaycan Respublikası ərazisində notarial qaydada təsdiq olunaraq Azərbaycan dilinə tərcümə edilməlidir. (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla).
5. Tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.
6. Tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə yüklənilməlidir.
Qeydiyyat - istifadəçi təlimatı Elektron ərizənin doldurulması - istifadəçi təlimatı
Ödəniş - istifadəçi təlimatı TƏLƏB OLUNAN SƏNƏDLƏR - istifadəçi təlimatı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.6 -cı bəndidə əsasən diplom, diplom əlavəsi və qismət tanınması üçün müraciət edilmiş akademik transkript sənədləri Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır.
Qeyd olunanlarla bağlı bildiririk ki, "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə əsasən xarici təhsil sənədlərinə həmin sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” şəhadətnaməsi əlavə olunmalıdır.
Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil şəhadətnaməsi, sənədi [diplom və ona əlavəni] imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində sənədi [diplom və ona əlavəni] imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin [ali təhsil müəssisəsinin] adı qeyd olunmalıdır.
QEYD: Kovensiyaya qoşulmayan xarici ölkələrdə alınan ali təhsil sənədləri, sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.
DİQQƏT! Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində , o cümlədən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə xarici ölkələrin müvafiq dövlət qurumları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına/apostil şəhadətnaməsi əlavə edilməsinə zərurət yoxdur.
DİQQƏT! Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunması başlıca şərtlərdən hesab edilir. Bu səbəbdən, vətəndaşların seçdikləri ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olduğuna əmin olmaları tövsiyə olunur!
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir. Bu səbəbdən, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.
Bəzi xarici dövlətlərin akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısı ilə tanış olmaq üçün aşağıdakı keçidlərdən istifadə edin:
Rusiya Federasiyası İSVEÇRƏ KONFEDERASİYASI
Türkiyə Respublikası BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMiŞ KRALLIĞI
Tanınma şəhadətnaməsi elektron sənəddir və TMİS-də elektron sənəd formasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaradılır və bu barədə məlumat Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.
Tanınma şəhadətnaməsi Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir və təsdiq edilmiş tanınma şəhadətnaməsi ərizəçi üçün yaradılmış şəxsi kabinetdə yerləşdirilir.
İstifadə rahatlığını təmin etmək çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqim olunmuş sənədlərin həqiqiliyini yoxlamaq məqsədilə istifadəyə verilmiş məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür.
Həmin məlumat bazası vastiəsilə, həmçinin, ekspertiza müddətində aidiyyəti yerə təqdim etmələri üçün ərizəçilər tərəfindən əldə olunmuş müxtəlif növ elektron arayışların həqiqiliyini yoxlamaq da mümkündür.
1. Kadr bankı xaricdə ali təhsil almış tələbələrə ölkəmizin əmək bazarına giriş imkanını artırmaq, eyni zamanda, işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmışdır.
2. Yalnız xaricdə ali təhsil almış və diplomları ölkə ərazisində tanınmış vətəndaşlar sözügedən kadr bankına qoşula bilərlər.
3. Kadr bankına qoşulmaq üçün vətəndaşlar elektron ərizə sistemi (http://apply.enic.edu.az) üzrə yaratdıqları kabinetə daxil olmalıdırlar.
4. Kabinetə daxil olduqdan sonra ərizəçilər “Kadr bankına qoşul” düyməsinə sıxmalı, tərcümeyi-hallarını və fotoşəkillərini əlavə etdikdən sonra müraciətlərini təsdiq etməlidirlər:
5. Tərcümeyi-halın formatına dair hər hansı məhdudiyyət yoxdur. Bununla belə, təqdim edilən sənədlərin standartlara uyğun qaydada hazırlanması işəgötürənlər tərəfindən həmin sənədə baxılması zamanı mühüm rol oynayır.
6. Fotoşəklin 3x4 formatında olması arzuolunandır, lakin məcburi deyil. Təqdim olunan fotoşəkillərin çəkilişi zamanı açıq rəngli fonlardan istifadə olunması zəruridir. Nümunə:
7. Təqdim olunan fotoşəkillər tələblərə uyğun olmadıqları və ya keyfiyyətsiz olduqları təqdirdə, kadr bankına qoşulmaq üçün edilən müraciətlər geri qaytarılır və müraciətçiyə bu barədə bildiriş göndərilir.
8. Şəxsi kabinetinizə daxil ola bilmədikdə və ya şəxsi kabinet yaratmaq istədikdə, şəxsiyyət vəsiqənizin elektron surəti ilə birlikdə Agentliyin info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.