Image alternative text, required
Xarici ali təhsil müəssisələrinin Bakı filialları barədə
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

 

1. Dağıstan Dövlət Universitetinin Bakı filialı

2. Cənubi Rusiya Humanitar İnstitutunun Bakı filialı

3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunun Bakı filialı

4. Rusiya Dövlət Sosial Universitetinin Bakı filialı

5. Moskva Dövlət Açıq Universitetinin Bakı filialı

6. Regionlararası Heyətin İdarəolunması Akademiyasının Bakı filialı

7. Müasir Humanitar Akademiyanın Bakı filialı

8. "YUJDAQ" İnstitutunun Bakı filialı

9. Dnepropetrovsk Milli Universitetinin Bakı filialı

10.Hüquq və İdarəetmə Akademiyasının (İnstitut) Bakı filialı

11. Anadolu Universitetinin Bakı filialı

 

Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:

 

1. Moskva Dövlət Açıq Universitetinin Bakı filialı (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı (1999-2005-ci illər ərzində);

3. V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (27.02.2009-cu ildən etibarən);

4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı (15.05.2015-ci ildən etibarən).

 

 Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.