Image alternative text, required
Vətəndaş qəbulu həyata keçirilib
Title

30 aprel 2025-ci il tarixində TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən qəbul cədvəlinə uyğun olaraq, vətəndaşların qəbulu həyata keçirilib.

 

Qəbul zamanı əsasən, vətəndaşların xarici dövlətlərin ali təhsil müəssisələrindən əldə etdikləri kvalifikasiyalarının tanınması ilə bağlı müraciətləri dinlənilib. Sözügedən müraciətlər müvafiq araşdırılma üçün nəzarətə götürülüb və onların qanunvericilik çərçivəsində həlli istiqamətində lazımi tapşırıqlar verilib.

 

Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq, Agentliyin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir. Vətəndaşlar 146-8 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.

 

Məlumat üçün bildiririk ki, aprel ayı üzrə qəbul cədvəlinə uyğun olaraq Agentliyin rəhbərliyi, eyni zamanda struktur bölmə rəhbərləri tərəfindən ümumilikdə 7 dəfə olmaqla, 46 vətəndaşın qəbulu həyata keçirilib.