Image alternative text, required
TKTA vətəndaşları “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” peşə ixtisası üzrə imtahanda iştirak etməyə dəvət edir
Title

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin formal təhsil ala bilməyən şəxslər üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

İmtahanlarda uğurlu nəticə əldə edən ərizəçilərə müvafiq peşə ixtisası üzrə dövlət nümunəli təhsil sənədi təqdim edilməklə yanaşı, onların məşğulluq imkanlarının artırılmasına, habelə işlə təmin olunmasına da  dəstək göstəriləcəkdir. 

 

Belə ki, Agentlik və Azərbaycan Supermarket” MMC arasında bağlanmış müqaviləyə əsasən, sözügedən peşə ixtisası üzrə təhsil sənədi əldə etmiş vətəndaşlara “Bravo” supermarketlər şəbəkəsində işə qəbul prosesində üstünlük veriləcəkpeşəkar iş mühitində çalışmaq imkanı yaradılacaqdır.

 

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün bu keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.