Image alternative text, required
TKTA vətəndaşları “Avtomobil təmiri çilingəri” peşə ixtisası üzrə keçiriləcək imtahanda iştirak etməyə dəvət edir
Title

“Avtomobil təmiri çilingəri” peşə ixtisası üzrə uzun müddət çalışmış, lakin peşəsi üzrə təhsil sənədi olmayan şəxslər əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

İmtahanlarda uğurlu nəticə əldə edən ərizəçilər sonda müvafiq sahə üzrə təhsil sənədi əldə edəcəkdir. Yekunda əldə edilən təhsil sənədi vətəndaşların karyerada yüksəlişinə və iş imkanlarının artırılmasına dəstək olacaqdır.

 

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.