Image alternative text, required
TKTA tərəfindən Milli Aviasiya Akademiyasında təlim keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 8–9 iyul tarixlərində ali təhsil müəssisələrinə metodoloji dəstək göstərilməsi çərçivəsində Milli Aviasiya Akademiyasının əməkdaşları və Özünütəhlil Komissiyasının üzvləri üçün “Özünütəhlil Hesabatının hazırlanması” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı akkreditasiya qiymətləndirmə istiqamətləri və meyarları ətraflı şəkildə təqdim edilib, nümunələr əsasında izahlar verilib və qiymətləndirmə indikatorları ilə bağlı iştirakçıların sualları cavablandırılıb. Təlim TKTA-nın Təlim və metodologiya şöbəsinin əməkdaşı Vəfadar Rizvanlı tərəfindən aparılıb.

Qeyd edək ki, TKTA-nın Nizamnaməsinə əsasən, təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı sahəsində metodoloji dəstəyin göstərilməsi Agentliyin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.