TKTA tərəfindən akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin seçimi davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi öNizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil ekspert qrupundan ibarət olan Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə, Agentlik tərəfindən yaradılan “Ekspert Bankı”na aşağıdakı ali təhsil ixtisas qrupları üzrə mütəxəssislərin qəbulu davam edir:

 

  1. Mədəniyyət və incəsənət ixtisasları qrupu;
  2. Texniki və texnoloji ixtisaslar qrupu;
  3. Kənd təsərrüfatı ixtisasları qrupu;
  4. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu;
  5. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu.

 

Ekspert bankına müraciət üçün qeyd olunan linkdən istifadə edə bilərsiniz.

 

Qeyd: 

  1. Ekspert bankına bundan öncə müraciət etmiş şəxslərin yenidən müraciət etmələrinə ehtiyac yoxdur;
  2. Tələblərə cavab verən namizədlər Ekspert bankına qəbul ediləcəklər;
  3. Ekspert fəaliyyətinə dair daha geniş məlumatı qeyd olunan linkə daxil olaraq əldə edə bilərsiniz.