Image alternative text, required
TKTA QAA və NVAO ilə əməkdaşlıq memorandumu imzalayıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  “Ali təhsildə keyfiyyət təminatı" adlı  Beynəlxalq Forumu çərçivəsində Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi (QAA) və Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatı (NVAO) arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Qeyd edilən  memorandumlarda qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət ayrılıb.


Sözügedən əməkdaşlıq Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası  münasibətlərin genişləndirilməsinə xidmət edəcəkdir. Belə ki, keyfiyyət təminatı sahəsində imzalanan ikitərəfli memorandum TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəkdir.

 

Qeyd edək ki, 6 may tarixində forumun ikinci günü  təhsil müəssisələrinin nümayəndələri, daxili keyfiyyət təminatı strukturunun əməkdaşları, dekan, tədris şöbələrinin müdirləri  üçün beynəlxalq ekspertlər tərəfindən praktik vorkşoplar keçirilərək yekunlaşdırılıb. Tədbirdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu, ali təhsil müəssisələrinin tədqiqat potensialının inkişafında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb. Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub.