Image alternative text, required
TKTA-nın peşəkar ekspertləri GDU-da təlimlərə start verdi
Title

Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə Gəncə Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin peşəkar heyəti tərəfindən Universitetdə təlimlərə start verilib.

 

Təlimlərin əsas məqsədi Gəncə Dövlət Universitetinin akademik heyətinə sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.

 

Sözügedən təlimlərdə GDU-nun bir sıra inzibati və akademik heyəti iştirak edir. Təlimlərin 4 iyul tarixinə qədər davam edəcəyi nəzərdə tutulub.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.