Image alternative text, required
TKTA-nın nümayəndəsi Naxçıvanda keçirilən Karyera Forumunda iştirak edib
Title

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Karyera Forumu keçirilib. Forumda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova qonaq qismində iştirak edib. 

 

Qeyd edək ki, Forumun əsas məqsədi Naxçıvan Muxtar Respublikasında karyera planlamasının əhəmiyyəti ilə bağlı agahlıq yaratmaq, peşəkar kadrların yetişdirilməsi, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.

 

Forumda son dövrdə məşğulluq sahəsində həyata keçirlən islahatlardan, xüsusilə də peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi üzrə görülən işlərdən danışılıb. Panel Müzakirələr zamanı Agentliyin nümayəndəsi  peşə təhsilinin əhəmiyyəti,  kadr potensialının gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrdə yaxından iştirak edib.

 

Forumda həmçinin yerli və  xarici spikerlərin iştirakı ilə panel müzakirələrə yer ayrılaraq peşəkar zəmində müzakirlər aparılıb və icmallar hazırlanıb.