Image alternative text, required
TKTA-nın əməkdaşları SEGA-ESG II layihəsi çərçivəsində Macar Akkreditasiya Komitəsində keçirilən heyətin mübadiləsində iştirak ediblər
Title

9-11 iyun 2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin əməkdaşları Nigar Əsgərova və Firuzə Məmmədzadə SEGA-ESG II layihəsi çərçivəsində Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstərən Macar Akkreditasiya Komitəsində (MAB) keçirilən heyətin mübadiləsində iştirak ediblər.

Mübadilə Avropa Standartları və Təlimatları (ESG) standartlarına uyğunluğun müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır. Mübadilə zamanı MAB nümayəndələri TKTA-ya ESG standartlarına uyğunlaşma və ENQA-ya tamhüquqlu üzvlük istiqamətində qabaqcıl təcrübələrini bölüşmüş və beynəlxalq yeniliklər barədə məlumat vermişlər.

Görüşdə TKTA əməkdaşları Agentliyin fəaliyyəti, mandatı, əsas istiqamətləri və milli səviyyədə əldə olunan nəticələr barədə təqdimatla çıxış etmiş və öz təcrübələrini bölüşmüşlər.

Müzakirələr zamanı, həmçinin tematik təhlil, ali təhsil müəssisələrində daxili keyfiyyət təminatının inkişafı üçün göstərilən metodoloji dəstək, akkreditasiya prosesi və bu prosesə maraqlı tərəflərin cəlb edilməsi, akkreditasiya prosesinin təkmilləşdirilməsi, beynəlxalq akkreditasiyanın tənzimlənmə mexanizmi və ENQA tərəfindən keçiriləcək qiymətləndirməyə hazırlıq mövzularına toxunulmuşdur.

Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən SEGA-ESG II layihəsinin əsas məqsədi Azərbaycan, Serbiya, Bosniya və Herseqovina və Ukraynada keyfiyyət təminatı agentliklərinin inkişafına dəstək vermək, eləcə də həmin agentliklərin əməkdaşlarının peşəkar inkişafının artırılması məqsədilə Avropanın müvafiq agentlikləri ilə təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir.