Image alternative text, required
TKTA mənzil təsərrüfat xidməti üzrə mütəxəssisləri sertifikatla təltif edib
Title

20 sentyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası üzrə həyata keçirilən imtahanlarda yüksək nəticə göstərən namizədlərin dövlət nümunəli sənədlə təltifolunma mərasimi keçirilib.

 

Tədbiri giriş nitqi ilə açan Agentliyin İdarə Heyətinin sədrinin müavini Kamran Rəsulov sertifikat sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülmüş işlər barədə və işəgötürmə prosesindən danışaraq imtahanlardan uğurla keçən namizədləri təbrik edib.

 

Eyni zamanda, tədbirdə peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti və  formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyəti ilə bağlı müzakirələrə yer ayrılıb.

 

Əlavə olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışılıb.

 

Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modular üzrə sertifikatlar təqdim olunub.