Image alternative text, required
TKTA “Məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatı” layihəsi çərçivəsində “inspektor” (monitorinq üzrə ekspert) vəzifəsi üzrə vakansiya elan edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatılayihəsi çərçivəsində məktəbəqədər təhsil müəssisələrində monitorinqlərin  həyata keçirilməsi məqsədilə  inspektor” (monitorinq üzrə ekspert) vəzifəsi üzrə vakansiya elan edir. 

 

Vakansiya üzrə seçim yazılı imtahan və müsahibə mərhələlərindən ibarətdir. Yazılı imtahan mərhələsinə test imtahanı və yazı işi (esse) daxildir. Test imtahanında namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı,  riyazi məntiq üzrə  olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir.

 

Aşağıdakı tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar:

  • ümumi sualların 50%-ni cavablandıran;
  • pedaqogika və metodika üzrə sualların 50%-ni cavablandıran;
  • esse üzrə mümkün 5 baldan yarısını toplayan;

 

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
  • Minimum 5 il pedaqoji sahədə  təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
  • Məktəbəqədər təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
  • Azərbaycan dilində  peşəkar səviyyədə şifahi və yazılı  kommunikasiya bacarığı;
  • Analitik düşünmə və problem həlletmə bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
  • Minimum yaş həddi - 28 yaş

Üstünlüklər:

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı;
  • Özünüinkişaf və karyerada yüksəliş imkanı;
  • Yüksək əməkhaqqı;

 

İş qrafiki: Xidməti müqavilə əsasında;

 

Son müraciət tarixi: 20.08.2023-cü il.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini
 bu keçid vasitəsilə göndərə bilərlər.