Image alternative text, required
TKTA MAA, ADMİU, BAU VƏ ADPU-nun Şamaxı filialında təlimlərə start verib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Avrasiya Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı arasında təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən Agentlik tərəfindən MAA, ADMİU, BAU, ADPU-nun Şamaxı filialında təlimlərə start verilib.

 

İmzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən qeyd olunan ali təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatına dair təlimlər təşkili olunur. Təlimlərin əsas məqsədi MAA, ADMİU, BAU, ADPU-nun Şamaxı filialının akademik və inzibati heyətinə ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı mexanizmlərinə, eləcə də xarici keyfiyyət təminatı qaydalarına dair geniş məlumatların verilməsidir.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.