Image alternative text, required
TKTA ilə Dövlət Məşğulluq Agentliyi arasında təhsil-məşğulluq mövzusunda müzakirə aparılıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə görüşüb.

 

Görüşdə vətəndaşların təhsili və məşğulluğu arasındaki əlaqə xüsusilə ön plana çəkilib. Hər iki sahədə bu əlaqənin gücləndirilməsi istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Mustafa Abbasbəyli aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişəndirilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib. Öz növbəsində Eldar Orucov təhsildə keyfiyyətin təminatı sahəsində aparılan islahatların əmək bazarının tələblərini nəzərə almaqla müəyyənləşdirildiyini  xüsusi qeyd edib.

 

Görüşdə əmək bazarında işəgötürənlərin tələblərinə uyğun keyfiyyətli, peşəkar kadrların hazırlanması, işsiz və işaxtaran şəxslər barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasının formalaşdırılması, qurumlararası məlumat mübadiləsinin aparılması, təhsil proqramlarının keyfiyyətnin daha da artırılması, qeyri-formal və informal yolla əldə olunmuş bacarıqların tanınması istiqamətində əməkdaşlıq barədə müzakirələr aparılıb.