Image alternative text, required
TKTA ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Title

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarına Xarici Keyfiyyət Təminatına dair təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Təlimlərin əsas məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin akademik və inzibati heyətinə “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”, “Ali Təhsil pilləsində institusional və proqram akkreditasiya meyarları” və “Özünütəhlil hesabatlarının yazılması” mövzuları əsasında  dair geniş məlumat verməkdir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali Təhsil Müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.