Image alternative text, required
TKTA beynəlxalq vebinarda təmsil olunub
Title

Avropa məkanında Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri şəbəkəsi tanınma sahəsində ixtisaslaşan beynəlxalq və milli təşkilatlar üçün “Tanınma prosesində problemli sənədlər” mövzusunda vebinar təşkil edib. Vebinarın əsas məqsədi Yaxın Şərq ölkələrində əldə olunmuş təhsil sənədlərinin qiymətləndirilməsini həyata keçirərkən Milli İnformasiya Mərkəzlərinin qarşılaşdığı bir çox problemli ali təhsil sənədləri üzrə müzakirələrin təşkil edilməsi və vacib məlumatların çatdırılması olub.

 

Sözügedən vebinarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici kvalifikasiyaların tanınması şöbəsinin müdiri Peyman Almasov, Norveçin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı Ghada Aldasooqi və Niderland Krallığının Beynəlxalq Əməkdaşlıq üzrə Universitetlər Fondunun təmsilçisi Casper Hugvinkel ekspert qismində iştirak ediblər.

 

Vebinar zamanı Yaxın Şərq ölkələrində əldə olunan ali və orta ixtisas sənədlərinin tanınma zamanı həqiqiliyinin yoxlanılması və qiymətləndirilməsi prosesi ətrafında müzakirələr aparılmış, qiymətləndirmə zamanı qarşıya çıxan ciddi problemlərin həlli yolları haqqında ekspertlər tərəfindən ətraflı məlumat verilib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin beynəlxalq təhsil sənədlərinin qiymətləndirilməsi sahəsindəki təcrübəsini nəzərə alaraq, təçkilatçılar tərəfindən Agentliyin növbəti vebinarlarda da iştirak etməsi təklif olunub.