Image alternative text, required
TKTA Azərbaycan Dövlət Dəniz Akademiyasında təlimlər təşkil edəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyası arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov imzalayıb.

 

Müqavilə çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasının akademik və inzibati heyətinə xarici keyfiyyət təminatına dair təlimlərin təşkili nəzərdə tutulur.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.