Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tyutorlara (akademik məsləhətçilərə) təlim xidmətlərinin göstərilməsinə və onların sertifikatlaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sözügedən müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən ADNSU-da çalışan tyutorlara beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair məlumatların verilməsi nəzərdə tutulur. Təlimin əsas məqsədi ADNSU-nun daxili keyfiyyət təminatına, eləcə də tytorların səriştələrinin artırılmasına dəstək verməkdən ibarətdir.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.