Image alternative text, required
TKTA ADA-da təlimlər təşkil edəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə ADA Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən ADA Universitetində çalışan akademik və inzibati heyətin xarici keyfiyyət təminatına dair təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlərdə akademik və inzibati heyətə Agentliyin mütəxəssisləri tərəfindən ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarlarına dair geniş məlumat veriləcəkdir. 

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.