Image alternative text, required
TKTA-nın təşkilatçılığı ilə “ Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətlərinin Avropa Ali Təhsil məkanında Keyfiyyət üzrə Standart və Təlimatlara" həsr olunmuş iclası keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  təşkilatçılığı ilə  ilk dəfə Azərbaycanda Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətlərinin Avropa Ali Təhsil məkanında Keyfiyyət üzrə Standart və Təlimatlara"  həsr olunmuş kollegial məşvərət  iclası keçirilib.

 

Ölkənin Ali Təhsil Sistemində birinci dəfə bu kimi toplantıya Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) prezidenti Douglas Blackstock, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Reyestr Təşkilatının (EQAR) direktoru Colin Tück qatılıb.

 

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova xarici keyfiyyət təminat istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

Elm və təhsil naziri cənab  Emin Əmrullayev öz çıxışında ilk öncə, xarici keyfiyyət təminatı üzrə beynəlxalq standartların və təcrübənin öyrənilməsinin önəmini vurğulayaraq Azərbaycan təhsil məkanının Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində əldə edilmiş nəticələr və qarşıda duran məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Tədbirin birinci günündə əsas məruzəçilər: Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyayanın (ENQA) prezidenti Douglas Blackstock, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Reyestr Təşkilatının (EQAR) direktoru Colin Tück, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri Jolanta Silka, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, və TKTA-nın Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov öz çıxışlarında ali təhsildə keyfiyyət təminatı, xarici keyfiyyət təminatı prosesində maraqlı tərəflərin iştirakı, Azərbaycanda ali təhsil və digər bu kimi məsələlərə toxunublar.

 

Qeyd edək ki, tədbir növbəti gün də davam edəcək.