Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında işgüzar görüş keçirilib
Title

11 mart 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında işgüzar görüş baş tutub.

Görüş zamanı TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov əməkdaşlıq çərçivəsində peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi istiqamətində layihələrdən və  Təhsilin İnkişafı Fondu ilə birgə bu istiqamətdə görülə biləcək işlərdən bəhs edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 2023-cü il ərzində gördüyü işlər, eləcə də cari il üzrə  təsdiq edilən fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq, Agentlik ilə əməkdaşlıq imkanlarının təhsilin inkişafına töhfə verəcəyinə inandığını qeyd edib.