Image alternative text, required
Elm və təhsil naziri Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri ilə görüşüb.
Title

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsildə  Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri Ümit Kocabıçak ilə görüşüb.

Görüş çərçivəsində akkreditasiya qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.