Image alternative text, required
İmtahandan uğurla keçən dərzilərə TKTA tərəfindən dövlət nümunəli sənəd təqdim edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən  “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində “Dərzi” peşə ixtisası üzrə təltifetmə tədbiri həyata keçirilib.

 

Agentliyin təşkilatçılığı ilə “Modepoint” qrupun inzibati binasında keçirilən tədbirdə “Dərzi” peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərə təhsil sənədləri təqdim edilib.  

 

Giriş nitqi ilə çıxış edən Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova sertifikat sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülmüş işlər barədə, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. 

 

Tədbirdə “Modepoint” qrupun təmsilçisi Katerina Eren, “Muliebre beauty bar and Muliebre atelier”in direktoru Nigar Kəlbiyeva və “Parcha” brendinin təsisçisi və dizayneri Aysel Sadiqova qonaq qismində iştirak edərək ərizəçilərə uğurlar arzu edib.

 

Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modular üzrə sertifikatlar təqdim olunaraq xatirə fotosu çəkilib.

 
 
 
 
\