Image alternative text, required
“IELTS imtahanına təşviq” layihəsi çərçivəsində təltifolunma mərasimi keçirilib
Title

 

     01.02.2024-cü il tarixində Bakı Slavyan Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişaf Fondu  arasında tərəfdaşlıq əsasında “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində imtahanı uğurla başa vuran pedaqoji heyət və təhsilalanların təltifolunma mərasimi keçirilib.

     Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev qonaqları salamlayaraq Elm və Təhsil Nazirliyinə, Təhsildə Keyfiyyət Təminatı Agentiyinə və Təhsilin İnkişafı Fonduna layihəyə dəstək verdikləri üçün dərin təşəkkürünü bildirib.

     TKTA-nın  İdarə Heyətinin sədri Tural Əhmədov imtahanda uğur qazanan müəllim və tələbə heyətini təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, elmi-pedaqoji heyətin və təhsilalanların dil biliklərinin yüksək olması ali təhsil müəssisələrinin illik fəaliyyət planlarının tərkib hissəsidir. 

     TİF İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışı zamanı universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin 7 ali təhsil müəssisəsində keçirildiyini bildirib.

     Daha sonra elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar IELTS sertifkatı ilə təltif olunublar.