Məlum olduğu kimi, xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.
Qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.
Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur.
