Image alternative text, required
Elm və təhsil nazirliyi tarixi-memarlıq abidələrinin bərpası üzrə növbəti dəfə təlimlər təşkil edib
Title

Azərbaycan Respublikasının Elm və təhsil nazirliyi 1-5 may tarixlərində ölkəmizin işğaldan azad olmuş ərazilərində zərərçəkmiş memarlıq abidələrinin yenidən qurulmasını sürətləndirmək məqsədilə təlimlər təşkil edib.  Bu istiqamətdə geniş təcrübəyə malik Böyük Britaniyanın AASchool Memarlar assosiasiyası ilə qarşılıqlı təcrübə mübadiləsi, qabaqcıl nailiyyətlərin öyrənilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub.

 

Belə ki, layihənin böyük əhəmiyyətini nəzərə alaraq daha öncə Azərbaycanda böyükmiqyaslı layihələrin icrasında iştirak edən, ölkəmizin mədəniyyəti və incəsənəti ilə tanış olan memarlar Omid Kamvari və Filippos Filippidis qeyd olunan prosesə yenidən cəlb olunublar.

Layihə çərçivəsində Omid Kamvari və Filippos Filippidis tərəfindən yerli mütəxəssislərə (memarlar, bərpaçılar, inşaatçılar, dizaynerlər)  beş gün ərzində təlimlər keçiriləcək, təcrübə mübadiləsi aparılacaqdır.

 

Layihənin əsas məqsədi Qarabağın  işğaldan azad olmuş  ərazilərində bərpa işlərinin yerli mütəxəssislər tərəfindən daha da keyfiyyətli aparılması, beynəlxalq təcrübə mübadiləsi,  iştirakçıların müasir və ənənəvi bərpa yanaşmalarındakı nəzəriyyələr və praktiki bacarıqlara yiyələnməsindən ibarətdir.