“Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha 19 nəfər Bərbər ixtisası üzrə təhsil sənədi ilə təltif olunub

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən  “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilib. “Sher Akademiya”da keçirilən tədbirdə Bərbər” peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərə təhsil sənədləri təqdim edilib.

  

Giriş nitqi ilə çıxış edən Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva sertifikat sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülmüş işlər barədə, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. 

 

Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.