Image alternative text, required
Bakı Mühəndislik Universitetinə akkreditasiya şəhadətnaməsi təqdim edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Bakı Mühəndislik  Universitetinin (BMU) 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Yaqub Piriyevə  təqdim edib.

Təqdimat mərasimində çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və beynəlxalq akkreditasiya imkanları barədə fikir mübadiləsi aparıb.  Sədr prosesi uğurla başa vurduğuna görə Bakı Mühəndislik Universitetini təbrik edib.

Rektor Yaqub Piriyev öz çıxışında  akkreditasiya prosesinin universitetin gələcək fəaliyyətinə və strateji inkişafına müsbət təsirini vurğulayıb. O,  proses müddətində akkreditasiya komissiyasının, o cümlədən universitet heyətinin fəaliyyətini müsbət dəyərləndirdiyini, verilən tövsiyə və rəylərə məsuliyyətlə yanaşılacağını qeyd edib.

Görüşün sonunda T. Əhmədov akkreditasiya şəhadətnaməsini rektor Y. Piriyevə təqdim edib.