Image alternative text, required
ATM-lərin akkreditasiyası prosesində iştirak edəcək ekspertlərin seçimi davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə akkreditasiya prosesində iştirak etmək istəyən namizədlər üçün Agentlik tərəfindən “Ekspert Bankı” yaradılıb.

 

Ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak etmək istəyən və “Ekspert Bankı”na müraciət etmiş və müəyyən olunmuş tələblərə cavab verən namizədlər üçün Keyfiyyət təminatı departamentinin Təlim və metologiya şöbəsi tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlər sertifikatlaşdırılırlar. Sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq ali təhsil müəssisələrinin akkreditasiyası prosesinə cəlb olunacaqlar. Belə ki, bu zamana qədər 800-dən çox namizəd “Ekspert bankı”na müraciət edərək müvafiq təlimlərdə iştirak edib və 300-dən çox ekspert isə təlimləri uğurla başa vuraraq sertifikatlaşdırılıblar.

 

Müraciət üçün:

https://docs.google.com/forms/d/e/1FAIpQLScxcNoO751OC2AB56B_Ib-6PvPuz0Ov0QmRb9TWSc88Rs1XNg/viewform

 

Daha ətraflı məlumat üçün:

https://www.tkta.edu.az/p/join-our-experts-team

 

Qeyd: “Ekspert bankı”na daha öncə müraciət etmiş şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.