ALİ TƏHSİL PİLLƏSİ ÜZRƏ AKKREDİTASiYA QİYMƏTLƏNDİRMƏ PROSESLƏRİNDƏ İŞTİRAK EDƏCƏK EKSPERTLƏRİN SEÇİMİ DAVAM EDİR

 

Təhsildə Keyfiyyət Təminatı  Agentliyi öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi prosesində iştirak etmək istəyən namizədlər üçün Agentlik tərəfindən “Ekspert Bankı” yaradılıb.

 

Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi proseslərində iştirak etmək istəyən və “Ekspert Bankı”na CV ilə müraciət etmiş namizədlər üçün Agentlik tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlər sertifikatlaşdırılırlar.

 

Yanlız sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq akkreditasiya prosesinə cəlb olunacaqlar.

 

Müraciət üçün Agentliyin internet saytının (www.tkta.edu.az) “Ekspert komandamıza qoşulun”  bölməsinə daxil olaraq daha ətraflı məlumat edə bilərsiniz.

 

Qeyd: 

  1. Ekspert bankına daha öncə müraciət etmiş şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur;
  2. Ali təhsil müəssisələrində çalışan elmi ad və elmi dərəcəsi olan namizədlərin müraciəti arzuolunandır.