Image alternative text, required
2021-ci ilin II rübü üçün tanınma üzrə müraciətlərin statistikası
Title
  • 2021-ci ilin II rübü üzrə 712 müraciətçinin 516-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 196 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

  • Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 110, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 66, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 11, digər səbəblər üzrə 9 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

  • Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 211, Ukraynadan 190, Türkiyə Respublikasından 176, Gürcüstandan 36, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 34, digər ölkələrdən isə 65 müraciətin olduğu müşahidə olunur.

  • Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 100, iqtisadiyyat üzrə 68, menecment üzrə 46, maliyyə və kredit üzrə 38, biznesin idarə edilməsi üzrə 30 nəfər müraciətçi qeydə alınıb.                                                                                                                                                  Qeyd edək ki, II rüb ərzində sənədlərə ortalama baxılma müddəti 16 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az  internet keçidinə müraciət edə bilərlər.