Image alternative text, required
“Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forum öz işini yekunlaşdırıb
Title

19 may 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forum öz işini yekunlaşdırıb.

 

Forumun 2-ci günü  ali təhsil müəssisələrinin üzvləri üçün vorkşoplar təşkil edilib. Təşkil edilmiş vorkşoplarda xarici ekspertlər tərəfindən təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin əhəmiyyəti və problem əsaslı öyrənmənin təşkili üçün strategiyalar və üsullar müzakirə edilərək qabaqcıl təcrübələr iştirakçıların diqqətinə çatdırılıb.