Image alternative text, required
"Qeyri-formal" və informal təhsilin tanınması
Məlumat

Ümumi məlumat

Qeyri-formal təhsil- formal təhsil mühitindən kənarda baş verən yəni, müxtəlif kurslarda, dərnəklərdə, təlim  və ya fərdi məşğələlərdə, o cümlədən iş mühitində  əldə edilən bilik, bacarıq və səriştələrin məcmusudur.

İnformal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni, gündəlik həyatımızda müxtəlif mənbələrdən  maraq dairəmizə, yaxud da ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən bütün səriştələr bura aid edilə bilər.

Qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda"əsasında tənzimlənir. Sözügedən xidmət ödənişlidir, vətədaşlardan bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixili 508 nömrəli Qərarına əsasən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN , bacarıq, səristə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üzrə 80 AZN məbləğində ödəniş tələb olunur.

Yekun əldə edilən peşə ixtisasını təsdiq edən sertifikat vətəndaşa əmək fəaliyyətinə başlamaq hüququ veririr. Əldə edilən peşə ixtisasını təsdiq edən diplom isə ilk peşə təhsili səviyyəsində təhsil haqqinda sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir. 

QFİTT-in fəaliyyəti ilə linkə keçid edərək tanış ola bilərsiniz

Təqdimat

Müraciət qaydaları

Ümumi orta təhsil səviyyəsini ən azı 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən azı 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edə bilərlər.

Qiymətləndirmə və tanınma ilə bağlı prosedur 4 mərhələdən ibarətdir :

  1. Qeydiyyat
  • Qiymətləndirmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir. Bütün sənədlər elektron poçt vasitəsilə qfitt@tkta.edu.az ünvanına göndərilir.
  • Məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron poçtdan kənar vasitələrlə göndərilməsi ərizəçinin müraciətinə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. Elektron poçt ərizəçi tərəfindən daim istifadə olunan olmalıdır, belə ki, müraciətlə bağlı yeniliklər (ərizənin cari statusu,qiymətləndirmə və tanınmanın keçirilmə vaxtı, yeri və nəticəsi) bu vasitələrdən istifadə edilməklə bildirilir.
  • Elektron poçtda qeyd olunan statusu mütəmadi yoxlamaq hər bir ərizəçinin məsuliyyətidir.
  1. Ilkin baxış (müsahibə)
  • İlkin baxış mərhələsində təqdim edilmiş sənədlərin (materialların) qiymətləndirilməsi zamanı zərurət yarandığı təqdirdə ərizəçilərlə müsahibə keçirilir. Müsahibədə aşağıdakı məlumatlar əldə edilir:
  • Müraciət etdiyi sahə üzrə nəzəri və praktiki biliklər barəsində məlumat;
  • Nəzəri və praktiki biliklərin əldə olunması formasına dair məlumat;
  • Nəzəri və praktiki biliklərin tətbiqi imkanları və müddətləri haqqında məlumat.
  1. Biliklərin qiymətləndirilməsi
  • Biliyin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imahanı keçirilir.
  • Test imtahanı kağız daşıyıcıları vasitəsilə və ya komputer vasitəsilə həyata keçirilir.
  • Ərizəçiyə hər bir modul üzrə 10 sual verilir və hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
  • Ərizəçiyə sualların cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunur və onların imtahanda iştirakı üçün əlverişli şərait yaradılır.
  • 50%-dən çoxunu düzgün cavablandıran ərizəçi bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır.
  1. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi 
  • Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə  tapşırıqvermə üsulu ilə praktiki imtahan həyata keçirilir.
  • Praktiki imtahanda tapşırıqların yerinə yetirilməsi üçün vaxt məhdudiyyəti yoxdur. Lakin bəzi ixtisas modullarından asılı olaraq Qiymətləndirmə Komissiyası tərəfindən əvvəlcədən vaxt intervalı müəyyənləşdirilə bilər.
  • Praktiki imtahan Qiymətləndirmə Komissiyası tərəfindən müvafiq qeydlər aparılmaqla qiymətləndirilir. Tapşırıqların ən azı 50%-ni düzgün yerinə yetirən ərizəçinin nəticəsi məqbul hesab edilir.

 

 

Tələb olunan sənədlər

İlkin baxışın aparılması üçün müvafiq ixtisas üzrə bilik, bacarıq, səriştə və təcrübəni özündə əks etdirən aşağıdakı sənədlərin və materialların təqdim olunması tələb edilir.

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Təhsil haqqında dövlət sənədinin surəti (attestat və yaxud diplom);
  • Bilik, bacarıq, səriştə və təcrübəni əks etdirən sənədlər (fotoşəkillər);
  • Bilik, bacarıq, səriştə və təcrübənin ərizəçi tərəfindən yazılı təsviri;
  • Nümunələr (olduğu halda);
  • Əmək kitabçası (olduğu halda);
  • İş təcrübəsi haqqında arayış və müvafiq sertifikatlar (olduğu halda);
  • Məcburi dövlət sosial sığorta şəhadətnaməsi (olduğu halda).

Qeyd: İlkin baxış mərhələsindən uğurla keçən ərizəçilərdən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN , bacarıq, səristə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üçün 80 AZN məbləğində ödəniş qəbzi tələb olunur. Ödənişlə bağlı təlimatla buradan tanış ola bilərsiniz. 





 

 

 

 

 

 

 

 

Qeydiyyat

Qeyri-formal və informal təhsilin tanınması prosesi aşağıdakı ixtisaslar üzrə həyata keçirilməkdədir:

 

1. Aşpaz  Qeydiyyat  Nümunə test sualları

2. Avtomobil mühərriklərinin yığıcısı  Qeydiyyat  Nümunə test sualları

3. Avtomobillərin təmiri üzrə çilingər  Qeydiyyat  Nümunə test sualları

4. Bağban dekorator  Qeydiyyat Nümunə test sualları  

5. Baytar texniki  Qeydiyyat Nümunə test sualları  

6. Bərbər manikürçü-vizajist  Qeydiyyat Nümunə test sualları

7. Bərbər  Qeydiyyat Nümunə test sualları  

8. Bitkiçilik mütəxəssisi  Qeydiyyat Nümunə test sualları  

9. Dayə  Qeydiyyat Nümunə test sualları   

10. Dərzi  Qeydiyyat Nümunə test sualları

11. Elektrik qaz qaynaqçısı  Qeydiyyat Nümunə test sualları

12. Əməliyyatçı mühasib  Qeydiyyat Nümunə test sualları

13. Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi xəzinədar  Qeydiyyat Nümunə test sualları

14. Heyvandarlıq mütəxəssisi  Qeydiyyat Nümunə test sualları

15. İnşaat ustası  Qeydiyyat Nümunə test sualları

16. Kargüzar  Qeydiyyat Nümunə test sualları

17. Komputer operatoru  Qeydiyyat Nümunə test sualları

18. Mənzil təsərrüfat xidməti  Qeydiyyat Nümunə test sualları

19. Mobil telefonların təmiri ustası  Qeydiyyat Nümunə test sualları

20. Mühafizəçi  Qeydiyyat Nümunə test sualları

21. Plastik boru qaynaqçısı  Qeydiyyat Nümunə test sualları

22. Poliqrafiya üzrə dizayner  Qeydiyyat Nümunə test sualları

23. Qənnadçı, şirniyyatçı  Qeydiyyat Nümunə test sualları

24. Tikiş avadanlıqlarının operatoru, tikişçi  Qeydiyyat Nümunə test sualları

25. Turizm sahəsində iaşə mütəxəssisi  Qeydiyyat Nümunə test sualları

26. Zərgər  Qeydiyyat Nümunə test sualları

27.  Təmirçi-çilingər Qeydiyyat Nümunə test sualları

 

 

TKTA tərəfindən qeyri-formal və informal təhsilin tanınması üzrə qeydiyyat prosesinin asanlaşdırılması məqsədilə linkə keçid edərək video təlimatla tanış ola bilərsiniz.

Video təlimatın hazırlanmasında məqsəd vətəndaşlar tərəfindən müvafiq sənədlərin yüklənməsi zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılmasıdır. Qeyd edək ki, video təlimatın səsləndirilməsində süni intelektdən istifadə edilmişdir.

Video təlimat

 

 

 

 

 

Tərəfdaşlar

Sertifikatlaşmanın həyata keçirilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi maraqlı tərəflərlə (dövlət və özəl sektoru təmsil edən işəgötürənlər) əməkdaşlıq edir! 

 

Bugünədək əməkdaşlıq etdiyimiz müəssisələr:

 

                                                                    "Beauttech" MMC                                                                                                             

       

“Qeyri-formal və informal təhsilin tanınması prosesində göstərdiyiniz dəstəyə və səmərəli fəaliyyətinizə görə Sizə təşəkkür edir, əməkdaşlığımızdan məmnunluq duyduğumuzu bildiririk!

Agentliklə əməkdaşlıq üçün bu linkvasitəsilə müraciət edə bilərsiniz.