Image alternative text, required
Fəaliyyət istiqamətlərimiz
Fəaliyyət istiqamətlərimiz
  • Təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək;

  • Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək;

  • Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasını həyata keçirmək;

  • Təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək;

  • Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək;

  • Təhsil sisteminin və bu sahədə dövlət standartlarının davamlı inkişafını, təhsil müəssisələrinin nüfuzunun və mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasını təşviq etmək;

  • Təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə rəy verilməsində iştirak etmək;

  • Müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək.