Akkreditasiya

Akkreditasiya- təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur.

 

Təhsil müəssisələrinin akkreditasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin akkreditasiya qaydaları"əsasında tənzimlənir. Sözügedən qaydalar Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

 

 

Akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, keyfiyyətinin minimal standartlara cavab verməsini və qorumasını təmin etmək üçün istifadə olunan bir prosedurdur. Təhsil müəssisəsinin öz fəaliyyətinə və ya tədris etdiyi təhsil proqramlarına hüquqi təminat əldə etməsi üçün akkreditasiyadan keçməsi şərtdir.

 

Təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim olunan sənədlərin araşdırılması, təhlil edilməsi və məlumatların üzləşdirilməsi nəticələri, eyni zamanda müəssisənin əməkdaşları ilə yerində və ya məsafədən keçirilmiş müsahibələrin əsasında aparılır.

Akkreditasiya üçün təhsil müəssisəsindən tələb olunan sənədlər:

İnstitusional və proqram akkreditasiyalarının keçirilməsi barədə bildirişi aldıqdan sonra təhsil müəssisəsi akkreditasiyanın keçirilməsinə dair elektron ərizəni doldurur və aşağıda qeyd edilən sənədləri 3 (üç) ay müddətində sistemə yükləyir:

 

-Təhsil müəssisəsinin nizamnaməsi;

 

-Təhsil müəssisəsinin inkişaf strategiyası və fəaliyyət planı;

 

-Təhsil müəssisəsinin özünütəhlil hesabatı və ona əlavələr;

 

-Təhsil müəssisəsi tərəfindən daxili keyfiyyət təminatı siyasətini əks etdirən sənəd;

 

-Daxili keyfiyyət təminatı üzrə müəssisənin fəaliyyətinə dair illik hesabat;

 

-Təhsil müəssisəsi tərəfindən tərtib edilmiş müəssisənin elmi (pedaqoji) fəaliyyətinin və tədris prosesinin tənzimlənməsinə və təşkilinə dair tədris planları və digər müvafiq sənədlər;

 

-Akkreditasiya olunan proqramlar üzrə tədris planına daxil olan fənlərin, dərsdənkənar məşğələlərin, dərnəklərin proqramları, sillabusları (işçi tədris proqramları) və (və ya) modulların təsviri;

 

-Akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı və təhsilalanların qəbulu, yerdəyişməsi, köçürülməsi, bərpası və xaric edilməsi haqqında əmrlərin surəti;

 

-Akademik (pedaqoji) heyətin siyahısı, professor-müəllim heyətinin, ümumtəhsil və ixtisas fənn müəllimlərinin və istehsalat təlim ustalarının şəxsi uçot məlumatları;

 

-Tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanılmış müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;

 

-Ümumtəhsil müəssisəsi üzrə buraxılış sinif şagirdlərinin yekun attestasiyasının nəticələri, proqramlar üzrə bütün imtahanların nəticələri, diplom işləri haqqında məlumat və təhsilalanların yekun tezislərinin siyahısı;

 

-Əvvəlki akkreditasiya qiymətləndirmə nəticələrinin icmalı və müvafiq Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına dair hesabat;

 

-Birgə təhsil proqramını təklif edən təhsil müəssisələri arasındakı razılaşma (əgər varsa);

 

-Başa çatmış hər tədris ili üzrə sentyabr ayının 10-dək TMİS vasitəsilə təqdim olunmuş Akkreditasiya Meyarlarına dair müvafiq məlumatların məcmusu;

 

-Akkreditasiyaya görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

 

 

 

 

 

 

Təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi müvafiq təhsil pilləsinə uyğun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Akkreditasiya Meyarları nəzərə alınaraq təqdim olunan sənədlərin araşdırılması, təhlil edilməsi və məlumatların üzləşdirilməsi nəticələri, eyni zamanda müəssisənin əməkdaşları ilə yerində və ya məsafədən keçirilmiş müsahibələrin əsasında aparılır.

İnstitusional və proqram akkreditasiyalarının keçirilməsi barədə bildirişi aldıqdan sonra təhsil müəssisəsi akkreditasiyanın keçirilməsinə dair elektron ərizəni doldurur və tələb olunan sənədləri 3 (üç) ay müddətində sistemə yükləyir.