Xaricdə təhsil almaq istəyirəm. Təhsil Nazirliyi mənə universitet seçimində köməklik edə bilər?

Azərbaycan Respublikası Təhsil Nazirliyi hal-hazırda xaricdə təhsil ilə əlaqədar məsləhət xidmətləri həyata keçirmir. Diqqətinizə çatdırırıq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, eləcə də xarici ali təhsil müəssisələri tərəfindən təqdim olunmuş sənədlərin tanınması prosedurları ilə əlaqədar heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir.