PEŞƏ TƏHSİLİ ÜZRƏ QEYRİ-FORMAL VƏ İNFORMAL TƏHSİL FORMALARI VASİTƏSİLƏ ƏLDƏ EDİLMİŞ BİLİK, BACARIQ, SƏRİŞTƏ VƏ TƏCRÜBƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TANINMASI VƏTƏNDAŞLARA HANSI HÜQUQLARI VERƏCƏK?

Paylaşıldı 04.26.2021

Prosesin yekununda verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.