Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsinə dair istinad edilən normativ- hüquqi aktlar hansılardır?

  • Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsinə dair istinad edilən əsas normativ- hüquqi aktlar aşağıdakılardır:

    • "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"nın 5.1-ci maddəsi;

    • "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.-cı maddəsi;

    • "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.5.1-ci və 23-cü maddələri;

    • Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.66-cı yarımbəndi;

    • “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.18-ci bəndi;

    • Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”;

    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”in 12.1-ci və 12.2-ci hissələri;

    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli 3 avqust, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”;

    • Hər bir təhsil pilləsinə dair müvafiq hüquqi-normativ aktlar.