Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya əldə olunması üçün hara və necə müraciət olunmalıdır?

  • Mövcud qanunvericiliyə əsasən hazırda təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.

İqtisadiyyat Nazirliyi tərəfindən 9 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Bərdə, Sabirabad, Gəncə, Qəbələ, Masallı, Quba, Mingəçevir), o cümlədən “Lisenziyalar və icazələr” portalı (lisenziya.gov.az) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir.

“ASAN xidmət” mərkəzlərində sahibkarlara lisenziyaların verilməsi ilə yanaşı vaxt itkisi və əlavə sənədləşmə işləri ilə qarşılaşmamaları üçün lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri də göstərilməkdədir.