Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya əldə olunması üçün edilmiş müraciətlərə hansı müddətə baxılır?

  • İqtisadiyyat Nazirliyi təqdim olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq, lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

Nəzərə alınmalıdır ki, İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinə uyğun olaraq, Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi üçün Təhsil Nazirliyinə rəy (razılıq) alınması məqsədi ilə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət (razılıq verilmiş) hesab olunur.

Təhsil Nazirliyi tərəfindən rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət lisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis rəyinin bildirilməsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bu müddət lisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir.