QEYRİ-FORMAL VƏ İNFORMAL TƏHSİL FORMALARI VASİTƏSİLƏ ƏLDƏ ETDİKLƏRİ BİLİK, BACARIQ, SƏRİŞTƏ VƏ TƏCRÜBƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TANINMASI ÜÇÜN NƏ ETMƏLİDİRLƏR?

Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması  üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır. Qiymətləndirmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir. Bütün sənədlər elektron poçt vasitəsilə qfitt@tkta.edu.az ünvanına göndərilir.