Pandemiya səbəbi ilə təhsilimi distant qaydada davam etdirmək məcburiyyətində qalmışam. Xaricdə əldə edəcəyim diplom üzrə aldığım ixtisas Azərbaycan Respublikası ərazisində tanınacaqmı?

“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat Mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunacaq rəsmi məlumat əsasında pandemiya səbəbi ilə distant (məsafədən) qaydada alınan təhsil sonunda əldə olunmuş ixtisasların tanınması zamanı sözügedən məqam nəzərə alınacaqdır.