Image alternative text, required
Ekspert təlimləri
Ekspert təlimləri

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli qərarı ilə təsdiqlənmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılan və ödənişli əsaslarla fəaliyyət göstərən sertifikatlaşdırılmış ekspertlərdən ibarət olan Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsi tərəfindən bu zamana qədər təhsil müəssisələrini və təhsil proqramlarının  akkreditasiya qiymətləndirilməsi məqsədi ilə yaradılan ekspert bankına peşəkarların cəlb edilməsi məqsədi ilə TKTA-nın rəsmi səhifəsində elan yerləşdirilmiş və elan nəticəsində 600-dən çox namizəd müraciət etmişdir. Tələblərə uyğun namizədlərlə müsahibələr təşkil olunmuş və 1-ci modul, 2-ci modul təlimlərə cəlb olunmuşlar.  1-ci modul təlim daxili keyfiyyət təminatına aid olmuş və 350 namizəd təlimdə iştirak etmişdir. 2-ci modula müvəffəqiyyətlə keçmiş 252 namizəd isə akkreditasiya prosesində ekspertlərin peşəkar fəaliyyətinə dair təlimlərə cəlb olunmuşlar. 2-ci modulu müvəffəqiyyətlə tamamlayan namizədlərin 3-cü modul təlimlərə cəlb olunması planlaşdırılır.

Agentlik sizi Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etməyə dəvət edir. 

Vəzifə öhədliyi

Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etmək və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsini apararaq tələb olunan keyfiyyətdə Yekun Hesabatın hazırlanmasında iştirak etmək. 

 

Məsuliyyəti

  1. akkreditasiya prosesinə hazırlıq mərhələsində Agentlik tərəfindən təşkil olunan müvafiq təlimlərdə iştirak etmək;
  2. təhsil müəssisəsinin Özünütəhlil Hesabatını və əlavə olunan digər müvafiq sənədləri təhlil etmək;
  3. təhsil müəssisəsinin Özünütəhlil Hesabatında və əlavə olunan digər müvafiq sənədlərdə göstərilən məlumatların məsafədən və ya yerində qiymətləndirməsini həyata keçirmək;
  4. təhsil müəssisəsinin fəaliyyətində maraqlı şəxslər (tələbələr, məzunlar, müəssisənin işçi heyəti, işəgötürənlər və s.) ilə müsahibələr keçirmək;
  5. Yekun Hesabatı hazırlayıb Agentliyə təqdim etmək;
  6. Akkreditasiya qiymətləndirilməsi zamanı qanunauyğunsuzluq aşkar etdikdə, bu barədə Agentliyə məlumat vermək;
  7. əsas prosessual məsələlərin müzakirəsinə dair sənədləşməni təmin etmək;
  8. Yekun Hesabatın elektron surətini müzakirə üçün “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya altsisteminə (bundan sonra – sistem) yükləmək və təsdiq olunmuş surətini Agentliyə təqdim etmək;
  9. Akkreditasiya proses ilə bağlı razılaşdırılmış son icra tarixlərinə riayət etmək;
  10. təhsil müəssisəsinin apellyasiya şikayəti zamanı dinləmələrdə iştirak etmək və Komissiyanın fəaliyyəti barədə Apellyasiya Komissiyasına hesabat vermək;
  11. Apellyasiya Komissiyasının qərarına əsasən Yekun Hesabata müvafiq dəyişikliklər etmək və bu barədə Agentliyi məlumatlandırmaq;

 

Namizədə olan tələblər

  1. Ali təhsilli;
  2. Ali və ya orta ixtisas təhsili sahəsində minimum 3 (üç) il iş təcrübəsi;
  3. Daxili keyfiyyət təminatı sahəsində məlumatlı olması;
  4. Strateji planlama və innovasiya, elmi fəaliyyətin təşkili, maliyyə və insan resurslarının idarə olunması, tədrisin təşkili və idarə olunması kimi sahələrin ən azı biri üzrə təcrübəsinin olması;
  5. Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  6. Microsoft Office proqramlarını (xüsusilə Power Point və Excel) yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
  7. Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  8. Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
  9. Monitorinq və qiymətləndirmə bacarığı;
  10. Təşkilatçılıq bacarığı;

 

Qeyd: 

  1. Seçilmiş ekspertlərin xidməti müqavilə əsasında fəaliyyətə cəlb olunacaqdır.
  2. Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etməyə haqq qazanmış namizədlərə təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılması planlaşdırılır.

Ekspert bankına üzv olmaq üçün link vasitəsi ilə qeydiyyatdan keçin.

 

QEYD:  Yalnız yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.