Image alternative text, required
TKTA “Zərgər” peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Zərgər” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

Belə ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən zərgərlər səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat üçün yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan  keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.