TKTA müəssisə rəhbərlərini və müəssisələrin kadr seçimində əhəmiyyətli rolu olan mütəxəssisləri əmək bazarının təhlili prosesində iştirak etməyə dəvət edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi işəgötürənləri, eləcə də, müəssisələrin kadr seçimində əhəmiyyətli rolu olan mütəxəssislərini sorğuda iştirak etməyə dəvət edir. 

 

Belə ki, əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara olan tələbatın artmasının və kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, Agentlik əmək bazarının təhlilinə dair sorğu təşkil edir.

 

Sözügedən sorğunun əsas məqsədi əmək bazarında kadrlara olan təlabatın təhlil olunması və nəticədə müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş kadr siyasətinə dəstək verməkdir.

 

Sorğunun nəticələri təhlil olunaraq, yekun hesabat kütləvi informasiya vasitələrində ictimaiyyətin diqqətinə çatıdırılacaq. 

 

Sorğuda iştirak üçün bu keçiddən istifadə edə bilərsiniz.

 

 

Sayt test rejimində çalışır