Image alternative text, required
TKTA “Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi” vakansiyası elan edir
Title

Ümumi

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarında təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri göstərmək, eyni zamanda fəaliyyət istiqamətlərinə aid olan məsələlər və fərdlərin səriştələrinin artırılması üçün xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə konfranslar, müşavirələr, seminarlar, təlimlər keçirmək nəzərdə tutulmuşdur.

Vəzifə

Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə, müvafiq struktur bölmənin əsasnaməsinə və vəzifə təlimatına uyğun olaraq müəyyən olunmuş ehtiyaclar əsasında seminar, layihə və təlimlərin təşkilinin həyata keçirilməsi olacaqdır.

Məsuliyyət

1. Təhsil müəssisələri üçün təlimlərin və digər maarifləndirici xidmətlərin göstərilməsi prosesinin təşkilində iştirak etmək və işlərin gedişatına nəzarət etmək;
2. Təlim və digər maarifləndirici tədbirlər barədə metodologiyalar hazırlamaq;
3. Təhsil müəssisələrinə akkreditasiya ilə bağlı hesabatların hazırlanması istiqamətində təlimlər keçirilməsini təmin etmək;
4. Keyfiyyət təminatı və akkreditasiya prosesi üzrə ekspert bazasının qurulmasında iştirak etmək və seçilmiş ekspertlər üçün müvafiq təlimlər təşkil etmək;
5. Beynəlxalq təcrübələri araşdıraraq və təhsil müəssisələrinin fəaliyyətini nəzərdən keçirərək onların təlim ehtiyaclarını müəyyənləşdirmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində inkişaf planları barədə təkliflər hazırlamaq;
6. Şöbənin fəaliyyət istiqamətləri üzrə kənardan cəlb edilmiş təhsil ekspertlərinin işinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq;
7. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər

- Ali təhsil;
- Keyfiyyət təminatı, təhsilin idarəedilməsi, insan resurslarının idarəedilməsi sahələri üzrə ən azı 3 illik iş təcrübəsi;
- Təlimçi olaraq ən azı 2 illik iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, ingilis dili və rus dili biliyi;
- Microsoft Office proqramlarını (xüsusilə Power Point və Excel) yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
- Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
- Monitorinq və qiymətləndirmə bacarığı;
- Təşkilatçılıq bacarığı.

Üstünlüklər

- Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
- Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
- Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Qeyd: Müəssisə qanunvericiliyə uyğun olaraq əməkdaşların akademik fəaliyyətlərinin davam etdirilməsinə şərait yaradır.
Son müraciət tarixi: 12.05.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “TMŞ baş məsləhətçi” qeyd etməklə göndərə bilərlər.